SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda yol qəzaları qurbanlarının sayı açıqlanıb

2021.10.20, 07:36
Şərqi Azərbaycanda yol qəzaları qurbanlarının sayı açıqlanıb

Gunaz.tv
GünAz TV: Cari ilin birinci 6 ayında (İranda il martın 21-də başlayır) Şərqi Azərbaycanda yol qəzalarında ölənlərin sayı açıqlanıb.

“Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzində olan məlumata görə, cari ilin birinci yarısında 390 nəfər yol qəzalarının qurbanı olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz azalma göstərir”- deyə Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi bildirib.

Bəhram Səmədirad yol qəzalarında ölən 390 nəfərdən 321-nin kişi və 69-nun qadın olduğunu bildirib.

Onun sözlərinə görə, “qeyd olunan müddətdə 239 nəfər şəhərlərarası, 97 nəfər şəhərdaxili, 31 nəfər kəndlərarası və 23 nəfər Şərqi Azərbaycandan kənar yollarda baş verən qəzalarda həlak olublar.”

“Cari ilin birinci 6 ayında Şərqi Azərbaycan yollarında baş verən yol qəzalarında 8 min 813 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 2 min 347-i qadın, 6 min 466-ı kişi olub”- deyə B.Səmədirad əlavə edib.

Qeyd edək ki, Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı  insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən ağır yol qəzaları baş verir. Bunun əsas səbəbi sürücü və insan amilli başda olmaqla qeyri-standard yollar və keyfiyyətsiz maşınlardır.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar