SON XƏBƏRLƏR

Ərdəbildə qətl və intihar hadisəsi baş verib

2021.10.20, 07:36
Ərdəbildə qətl və intihar hadisəsi baş verib

Gunaz.tv
GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində naməlum kişi gənc qadını qətlə yetirib, sonra isə intihar edib. Hadisə oktyabrın 15-də Ərdəbil məhəllələrinin birində baş verib.

“Şənbə günü yerli vaxtla saat 10 radələrində küçələrin birində güllə səsi eşidilib. Bundan sonra küçəyə axışan ətrafdakı əhali, ərazidə bir gümüşü rəngli “Pejo” markalı avtomobili müşahidə edib. Onlar Avtomobilə yaxınlaşdıqdan sonra maşının içində gənc qadın və kişinin meyiti ilə üzləşiblər. Bundan sonra polis əməkdaşları hadisə yerinə çağırılıb”- deyə yayılan məlumatda bildirilir.

Polis əməkdaşlarının araşdırmasından sonra məlum olub ki, “gənc qadın ölən kişi tərəfindən qətlə yetirilib. Kişi iki güllə ilə qadının həyatına son qoyduqdan sonra intihar edib. Onların bir-biri ilə əlaqəsi barədə hələlik heç bir məlumat yoxdur.”

Araşdırmalardan sonra avtomobilin oğurluq olduğu da üzə çıxıb.

Polis hadisənin təfərrüatı barədə araşdırmaları davam etdirir.

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar