SON XƏBƏRLƏR

İranda 8 məhbus ölüm hökmünün icrasına hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb

2021.10.20, 07:36
İranda 8 məhbus ölüm hökmünün icrasına hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb

Gunaz.tv
 GünAzTV: İranda narkotik maddələrin qaçqmalçılığında günahlandırılaraq edama məhkum edilən daha 8 məhbus,  ölüm hökmünün icrasına hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb.

İranın Kərəc şəhərinin Qızılhasar zindanında saxlanılan və adları mediaya açıqlanmayan məhbuslar, oktyabrın 17-si sübh saatlarında həbsxananın ümumi korpusundan çıxarılaraq, ayrı-ayrılıqda təkadamlıq kameralara köçürülüb. Onların yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilir.

Son illər İranda edamların sayının kəskin artması beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, Çindən sonra ikinci yeri tutur.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar