SON XƏBƏRLƏR

Yəməndə Amerika donanmasına yenə mərmi hücumu olub - VİDEO

2021.10.20, 07:36
Yəməndə Amerika donanmasına yenə mərmi hücumu olub - VİDEO

Gunaz.tv
GünAz TV: Yəməndə radikal üsyançı qrup Husilərin idarəsindəki bölgədən Amerika Birləşmiş Ştatları (ABŞ) donanmasına (navqan) aid gəmiyə bir həftədə üçüncü dəfə mərmi hücumu olub. Hücumda ölən, ya da yaralanan olmadı. ABŞ ordusu İranın dəstəklədiyi Husilərə, hədəflərinə təşkil etdiyi hava hücumlarıyla cavab verib. Qeyd edək ki, ABŞ gəmisi bundan əvvəl oktyabrın 10-da və 12-də atəşə tutulub. Bu vaxt həmçinin Umman rəsmilərinin axtarış işlərinin ardından Husilər əllərindəki 2 amerikalı girovu sərbəst buraxıblar.

Yəməndə Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin vətəndaşları hədəf almasının ardından tərəflər atəşkəs görüşləri üçün Londonda bir araya gəlib.

Birləşmiş Millətlər Təşkilatında (BMT) Yəmənin xüsusi nümayəndəsi İsmayıl əş-Şeyx Əhməd, atəşkəs üçün ümidli danışıb: "Hər kəs bu fikri dəstəkləyir, ötən həftə yaşanan dramatik hücumdan sonra atəşkəs təcili gündəm halına gəlib. Yəmən cəmiyyəti üçün düşmənliklərin dayandırılmasının nə qədər əhəmiyyətli olduğunu fərq etdik".

Ötən həftə paytaxt Sənada bir cənazə mərasiminə təşkil edilən hava hücumunda ən azı 140 nəfər həyatını itirmişdi.

Səudiyyə Ərəbistanı, bombardmana yanlış kəşfiyyatın səbəb olduğunu demişdi.

https://www.youtube.com/watch?v=B2kLjA7iYYY

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar