SON XƏBƏRLƏR

“BRICS”-də qlobal maliyyə böhranı və terrorizm müzakirə olunub - VİDEO

2021.10.20, 07:36
“BRICS”-də qlobal maliyyə böhranı və terrorizm müzakirə olunub - VİDEO

Gunaz.tv

GünAz TV: Hindistanın ev sahibliyilə təşkil edilən BRICS zirvəsində bir araya gələn Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika liderləri zirvənin son günündə terrorizm, maliyə böhranı və qlobal sərmayə mövzularını müzakirə ediblər.

Çin dövlət başçısı Şi Zinping, hələ həllə qovuşmayan maliyyə problemlərinin yeni bir böhrana səbəb ola biləcəyi xəbərdarlığını edib:

"Qlobal iqtisadiyyatdakı yaxşılaşma hələ çox kövrəkdir. Qlobal ticarət və sərmayə çökdü. Əmtəə qiymətləri dalğalanır. Qlobal maliyyə böhranını tətikləyən əsl problemlər hələ həll edilməyib".

Zirvənin son günündə Myanmar xarici işlər naziri Aung San Çji də zirvənin keçirildiyi Qoa şəhərinə gələrək BRICS liderləriylə görüşüb. Zirvəyə ev sahibliyi edən Hindistan, zirvəyə qonşu ölkələri də dəvət etməyi qərara almışdı.

https://www.youtube.com/watch?v=BuVgV_IT-JA

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar