SON XƏBƏRLƏR

Rusiya işğalçı ölkəyə yeni növ silahlar satacaq

2021.10.20, 07:36
Rusiya işğalçı ölkəyə yeni növ silahlar satacaq

Gunaz.tv
GünAz TV: Rusiya ilə Ermənistan arasında yeni silah müqaviləsi imzalanıb.

Ermənistan mətbuatında yayılan məlumatda bildirilir ki, bu barədə hərbi ekspert Sergey Minasyan məlumat verib. Onun sözlərinə görə müqavilə Putin və Sarkisyan arasında Yerevanda KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) iclasında əldə olunub. “Bəli, belə bir informasiya var. Razılaşma tam realizə olunmadığı üçün hansı silahların alındığını deyə bilmərəm. Lakin belə bir razılaşmanın olması silah tədarükünün çox qısa zamanda gerçəkləşəcəyini deməyə əsas verir”.

Xatırladaq ki, Rusiya 2015-ci ildə Ermənistana silah almaq üçün 200 milyon dollar həcmində kredit ayırmışdı.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar