SON XƏBƏRLƏR

Əcəbşerdə dini xurafatı tənqid edən şəxs saxlanılıb

2021.10.20, 07:36
Əcəbşerdə dini xurafatı tənqid edən şəxs saxlanılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Əcəbşer şəhərinin Xızırlı kəndində, müqəddəsləri təhqir etmək ittihamı ilə bir nəfər saxlanılıb.

Orta yaşlı kişi Tasua günü təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq həbsxanaya göndərilib.

“Tasua günü orta yaşlı bir kişi islam müqəddəslərini təhqir edərək əhalinin narahatlığına səbəb olub. Həmin şəxs Əcəbşer prokurorluğunun (dadistani) aldığı tədbir nəticəsində dərhal təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və istintaq şöbəsinə göndərilib. Müttəhim müqəddəsləri təhqir etmək və ümumi asayişi pozmaq ittihamı ilə həbsxanaya salınıb”- deyə Əcəbşer şəhər prokuroru bildirib.

Məhəmmədhəsən Novqurbani vurğulayıb ki, “real həyatda vəya internetdə müqəddəsləri təhqir edən şəxslərə qarşı ciddi tədbirlər alınacaq, onlar ən sərt şəkildə cəzalandırılacaq. Şəhər prokurorunun sözlərinə görə, “Səbbi-nəbi (peyğəmbəri təhqir etmək) hökmünün şamil olduğu şəxslər edam, qalanları isə 1 ildən 5 ilədək həbs oluna bilər.”

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar