SON XƏBƏRLƏR

Qoşaçaylı velosipedçilərdn Urmu gölünə dəstək

2021.10.20, 07:36
Qoşaçaylı velosipedçilərdn Urmu gölünə dəstək

Gunaz.tv
GünAz TV: Bir qrup azərbaycanlı velosipedçi (doçərxesəvar) Urmu gölünə dəstək vermək məqsədi ilə gölün ətrafında pedal çeviriblər.

13 kilometr məsafəni qət edən qoşaçaylı ətraf-mühit tərəfdarları “Mən Urmu gölüyəm” şüarı ilə yola çıxıblar. Urmu gölünə dəstək məqsədi ilə pedal çevirən velosipedçilər Cığatu (Zərinerud) və Tatau (Siminerud) çaylarının birləşdiyi yerə də baxış keçiriblər.

Qoşaçaylı velosipedçilər bu kütləvi hərəkətin müsajını, Ətraf-mühitə dəstək və Urmu gölünün qurtarılması olduğunu elan ediblər.

Velosipedçilərin qət etdiyi 13 kilometrlik ərazi vaxtı ilə gölün bir hissəsi olub, həmin zaman suyun dərinliyinin təxminən 4 metr olduğu bildirilir.

Qeyd edək ki, İran rəhbərliyinin diqqətini Urmu gölü böhranına yönəltmək məqsədi ilə ətraf-mühit tərəfdarları tərəfindən internetdə “Mən Urmu gölüyəm” Kampaniyası başladılıb. Günümüzə qədər kampaniyaya təxminən 105 min nəfər qoşulub.

N.S 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar