SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda əhali arasında MS xəstəliyi sunamisi...

2021.10.20, 07:36
Qərbi Azərbaycanda əhali arasında MS xəstəliyi sunamisi...

Gunaz.tv
GünAz TV: Qərbi Azərbaycan Vilayəti MS Xəstələrinə Yardım Dərnəyinin rəisi Qərbi Azərbaycanda MS xəstəliyi sunamisi təhlükəsindən danışıb.

“MS xəstəliyi sunami kimi bölgəni bürüyür. Hazırda o sağalmaz və xüsusi xəstəliklər arasında xərçəng (sərətan) xəstəliyindən sonra ikinci yerdədir. Qərbi Azərbaycan Vilayətində təxminən 3500 nəfər MS xəstəliyinə yoluxub, onlardan 3200-u Dərnəkdə qeydiyyata alınıb. Qadınlar arasında bu xəstəliyə yoluxma halları kişilərə nisbətən 2.5 dəfə çoxdur”- Süməyyə Zare “İsna” xəbər agentliyinin müxbiri ilə danışıqda bildirib.

Onun sözlərinə görə, MS xəstəliyinə yoluxanların yaş həddi əvvələr 20-40 yaş arası idisə, indi bu rəqəm daha da aşağı düşüb. hazırda Dərnəkdə qeydiyyatda olan xəstələrin ən kiçiyi 11 yaşlı oğlan, ən yaşlısı isə 94 yaşlı qadındır.

“Dövlət MS xəstələrinə çox az yardım edir və bu işə nəzarət edən səlahiyyətli orqanlar xəstə yatağa düşməyənədək ona kömək göstərmir, bu isə xəstələr və onların ailəsinin əsas problemi sayılır”- deyə S.Zare sözlərinin sonunda vurğulayıb.

Qeyd edək ki, MS xəstəliyi beyindəki və onurğa iliyindəki sinirlərin köhnəlməsi və pozulması ilə ortaya çıxan, görmədə bulanıqlıq, keçici görmə itkisi, qolda və ya ayaqda gücsüzlük, gedişdə balanssızlıq, əllərdə titrəmə, danışmada pozuqluq kimi əlamətləri olan, immun (iməni) sistemindən qaynaqlanan və birbaşa mərkəzi sinir sisteminə təsir edən xəstəlikdir.

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar