SON XƏBƏRLƏR

İranda gecə şənliyinə qatılan daha 16 qız və oğlan tutulub

2021.10.20, 07:36
İranda gecə şənliyinə qatılan daha 16 qız və oğlan tutulub

Gunaz.tv
 GünAzTV: İranda gecə şənliyinə qatılan daha 16 qız və oğlan tutulub. Hadisə aşura axşamı baş versə də, bu barədə xəbər yenicə yayılıb.

İran saytlarının yaydığı xəbərə görə, hüquq-mühafizə qüvvələri oktyabrın 11-i axşam saatlarında Tehranın Pasdaran küçəsində yerləşən bir evə basqın edib. Bildirilir ki, həmin gün Tehranın “Azadlıq” stadionunda İranla Cənubi Koreyanın futbol komandaları arasında keçirilən yarışı televiziyadan izləmək bəhanəsi ilə bir araya gələn 10 kişi və 6 qadın alkoqollu içkilər içib birlikdə rəqs edərkən yaxalanıb. Qeyd olunur ki, evdə yoxlama aparılıb, müxtəlif alkoqullu içkilər aşkarlanaraq götürülüb. Polis məntəqələrinə aparılan həmin şəxslərin adları mediaya açıqlanmayıb.

Xatırladaq ki, bu ilin iyun ayından bu yana, İranın müxtəlif şəhərlərində qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına və ad günləri mərasimlərinə edilən hücumlarda 600-dən çox adam həbs edilib.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar