SON XƏBƏRLƏR

İran Lozanna görüşündə iştirak edəcək

2021.10.20, 07:36
İran Lozanna görüşündə iştirak edəcək

Gunaz.tv
GünAz TV: Rəsmi Vaşinqton İran nümayəndə heyətinin Lozannada keçiriləcək Suriya ilə bağlı görüşdə iştirakında maraqlıdır. Bunu Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin sözçüsü Mark Toner bəyan edib. Toner bildirib ki, biz İranın iştirakında maraqlıyıq, lakin İran tərəfinin görüşdə iştirakını təsdiqlədiyinə əmin deyilik.

Mark Tonerin bu sözlərindən sonra, İranın xarici işlər nazirliyinin sözçüsü Bəhram Qasimi bəyan edib ki, Məhəmməd Cavad Zərif, İsveçrədə (Suis) Suriyaya dair görüşlərdə iştirak edəcək. Bildirilir ki İran bu qərara Misir və İraq danışıqlarda iştirakını təsdiq etdikdən sonra gəlib. Bundan əvvəl isə İranın Lozanna görüşündə iştirak etməyəcəyi deyilirdi.

Qeyd edək ki, bu gün Lozanna şəhərində başlayan Suriya üzrə toplantıda ABŞ, Rusiya, Türkiyə və Səudi Ərəbistanı daxil olmaqla bir sıra bölgə ölkələri, həmçinin Birləşmiş Millətlər Təşkilatı baş katibinin xüsusi elçisi iştirak edir.

N.S

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar