SON XƏBƏRLƏR

Ərdəbilin imam cüməsi məhərrəm mərasimlərindən danışarkən Azərbaycanın daxili işlərinə qarışıb

2021.10.20, 07:36
Ərdəbilin imam cüməsi məhərrəm mərasimlərindən danışarkən Azərbaycanın daxili işlərinə qarışıb

Gunaz.tv
GünAz TV: Ərdəbilin imam cüməsi Azərbaycan Respublikası və Milli Hərəkatla bağlı üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməkdə davam edir.

Həsən Amoli məhərrəm ayı mərasimlərindən danışarkən dolayısı ilə Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə edib. “Azərbaycan Respuklikasının əhalisindən bütün təzyiqlərə baxmayaraq məhərrəm mərasimlərində aktiv şəkildə iştirak etdiklərinə görə təşəkkür edirəm”- deyə imam cümə oktyabrın 14-də cümə namazı xütbələrində bildirib.

H.Amoli əlavə edib ki, “əgər azərilər üçün kimlik tərif etmək gərəkirsə, o tərif aşura, qədir, nəbəvi, ələvi və Hüseyni olmalıdır. Onlar birinci Hüseyni sonra azəridilər.

Qeyd edək ki, Ərdəbilin imam cüməsi Güney Azərbaycan Milli Hərəkatı və Azərbaycan Respublikasına qarşı qərəzli mövqeyi ilə seçilən İran rəsmilərindən biridir. O Azərbaycan Respulikasına qarşı vaxtaşırı böhtan xarakterli fikirlər və iddialar səsləndirir, onun bu istiqamətdə xüsusi öhdəliyi olduğu düşünülür.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar