SON XƏBƏRLƏR

Aydın Zakiri və Səid Babakişizadə irəli sürülən ittihamlardan bəraət qazanıblar

2021.10.20, 07:36
Aydın Zakiri və Səid Babakişizadə irəli sürülən ittihamlardan bəraət qazanıblar

Gunaz.tv
GünAz TV: Ərdəbil Vilayəti Apelyasiya Məhkəməsi azərbaycanlı milli-mədəni fəallar Aydın Zakiri və Səid Babakişizadə haqda bəraət hökmü çıxarıb.

Meşginşəhr prokurorunun (dadistan) etirazı əsasında dosyeləri Apelyasiya Məhkəməsinə göndərilən fəallar, Ərdəbil Vilayəti Apelyasiya Məhkəməsinin 1-ci Şöbəsində irəli sürülən bütün ittihamlardan bəraət qazanıblar.

Apelyasiya Məhkəməsi prokurorun etirazını təyin olunmuş 20 gün ərzində təqdim olunmadığını və artıq verilən vaxtın bitdiyini əsas gətirərək fəallar barəsində çıxarılan qərarı olduğu kimi qüvvədə saxlayıb.

Bundan öncə Meşginşəhr Cəza Məhkəkəməsi A.Zakiri və S.Babakişizadə haqda bəraət hökmü çıxarmışdır.

Adını çəkdiyimiz fəallar 2015-ci il noyabr ayında məlum təhqiramiz “Fitilə” verilişinə qarşı keçirilən etiraz aksiyaları zamanı Meşginşəhrdə yaxalanıb, bir müddət saxlanıldıqdan sonra sərbəst buraxılmışdır.

A.Zakiri bundan öncə də, Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar