SON XƏBƏRLƏR

Sergey Lavrov: “Türkiyə Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər”

2021.10.20, 07:36
Sergey Lavrov: “Türkiyə Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər”

Gunaz.tv
GünAz TV: “Dağlıq Qarabağ münaqişəsinin həllindəki irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əsas açar rolunu oynaya bilər”.

Rusiya mətbuatının yaydığı məlumata görə, bu barədə  Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib.

“Əgər Ermənistan və Türkiyə Qarabağ konflikti ilə bağlı olmayan bütün razılaşmalara əməl etsələr, biz buna ancaq şad olarıq. Lakin düşünürük ki, Dağlıq Qarabağ münaqişəsinin həllindəki irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əsas açar rolunu oynaya bilər”, - deyə S. Lavrov söyləyib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar