SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı vətəndaşlarının İrana getməsinə qadağa qoydu

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı vətəndaşlarının İrana getməsinə qadağa qoydu

Gunaz.tv
GünAz TV: Səudiyyə Ərəbistanının xarici pasportların verilməsi üzrə idarəsi krallıq vətəndaşlarına 6 ölkəyə getməklə bağlı qadağa qoyub.

Bu barədə "RİA Novosti" də məlumat yayılıb.

Məlumata görə, İdarə İran, İraq, Yəmən, Suriya, İsrail, Fələstin əraziləri, eləcə də Taylanda səfər edən vətəndaşları böyük həcmdə cərimə olunacaqları ilə xəbərdarlıq edib.

Eləcə də krallıq vətəndaşlarının həmin sadalanan ölkələrə səyahət etdikləri təqdirdə 3 il müddətinə ökədən ümumiyyətlə kənara çıxmalarına qadağa qoyulacaq.

Cərimənin məbləğinə gəlincə, 10 min Səudiyyə lirəsi (təxminən 3 min dollar) həcmində müəyyən edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının şərqində çox sayda şiyələr məskunlaşıb ki, onların da İranda doğmaları-qohumları yaşayırlar. Bu səbəbdən onların İrana səfər etmələri qaçılmazdır. Xəzər-xəbər

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar