SON XƏBƏRLƏR

Ərdəbil Vilayəti ilə Erməsnitan arasında idman əlaqələri genişləndirilir – Rəsmi

2021.10.20, 07:36
Ərdəbil Vilayəti ilə Erməsnitan arasında idman əlaqələri genişləndirilir – Rəsmi

Gunaz.tv
GünAz TV: “Gənclər və İdman Nazirliyinin siyasəti əsasında Ərdəbil Vilayəti ilə 3 qonşu ölkə arasında idman əlaqələri genişləndiriləcək”. Bunu oktyabrın 13-də Ərdəbil Vilayəti Gənclər və İdman Şöbəsinin rəisi idman heyətləri məsullarının keçirdiyi iclasda bildirib.

“Biz gimnastika və güləş kimi idman növlərini gücləndirmək üçün Azərbaycan, Ermənistan və Türkiyə ilə protokollar imzalayacayıq. Əsas məqsədimiz, ölkələr arasında komandaların qarşılıqlı səfəri, məşqçilər arasında təcrübə mübadiləsi və birgə təlim-məşq toplanışları həyata keçirməklə idman sahəsində əməkdaşlıq səviyyəsini yüksəltməkdir. Biz sözügedən 3 ölkə ilə müxtəlif idman növləri sahəsində ayrı-ayrılıqda əməkdaşlıq edəcəyik”- deyə Əyyub Behtac qeyd edib.

Ərdəbil Vilayəti Gənclər və İdman Şöbəsinin rəisi vurğulayıb ki, “biz Azərbaycan, Ermənistan və Türkiyə idmançılarının iştirakı ilə beynəlxalq yarışlar keçirib, bu vasitə ilə Ərdəbil Vilayətində idmanı inkişaf etdirə bilərik.”

Xatırladaq ki, 2004-cü ildə Ərdəbil Vilayətinin rəsmi şəxsləri Ermənistandan kənd təsərrüfatı üzrə nümayəndə heyətinin Ərdəbilə səfəri ilə bağlı məlumat yaymışdır. Lakin Abbas Lisani də daxil olmaqda bir qrup azərbaycanlı fəal 2004-cü il iyunun 22-də Sərçişmə məscidində etiraz aksiyası keçirərək sözügedən səfəri ləğv etdirməyə nail olmuşdular.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar