SON XƏBƏRLƏR

Türkiyədə növbəti terror aktı: 12 hərbçi yaralanıb

2021.10.20, 07:36
Türkiyədə növbəti terror aktı: 12 hərbçi yaralanıb

Gunaz.tv
GünAz TV: PKK terrorçularının Vanın Başkale bölgəsində törətdiyi partlayış nəticəsində 8 hərbçi yaralanıb.

Türkiyə mətbuatında yayılan məlumata görə, yola yerləşdirilmiş partlayıcı hərbi avtomobil keçərkən işə salınıb. Yaralı hərbçilərdən ikisinin vəziyyəti ağırdır. Ərazidə helikopterlərin iştirakı ilə əməliyyat başlayıb.

Bənzər hadisə Hakkari vilayətinin Şemdinli bölgəsində də baş verib. İlkin məlumata əsasən, partlayış nəticəsində 4 əsgər yaralanıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar