SON XƏBƏRLƏR

Avropa ən əhatəli kiber təhlükəsizliyi təlimi keçirilib

2021.10.20, 07:36
Avropa ən əhatəli kiber təhlükəsizliyi təlimi keçirilib

Gunaz.tv
GünAz TV: Afinada Avropa Şəbəkə və Məlumat Təhlükəsizliyi Agentliyinin liderliyilə Avropanın ən böyük və əhatəli kiber təhlükəsizlik təlimi olan Kiber Avropa 2016 keçirilib.

Avropa Birliyinə üzv 30 ölkə ilə Norveç və İsveçrənin (Suis) də iştirakıyla iki ildən bir keçirilən təlimdə, bu il Avropanı təhdid edən böyük kiber təhlükələr müzakirə olunub.

Təlimin 2016-cı ildə başlayan ilk mərhələsi 6 ay boyunca Avropanı təhdid edən kiber hücumlar həqiqətə yaxın bir şəkildə canlandırılıb.

Şəbəkə və Məlumat Təhlükəsizliyi Agentliyinin 2009-cu ildən bu yana direktorluğunu icra edən professor Udo Helmbrext müsahibəsində deyib ki, hazırda kiber hücumların olduğunu, bank hesablarının və digər xüsusi məlumatların oğurlandığını mətbuatdan görürsünüz. Vergi sisteminə də hücumlar gördük, hətta 8-10 il əvvəl Estoniya və Gürcüstana siyasi kiber hücumlar oldu. Bizim bu təlimimiz də Avropanı özümüzü qorumaq üçün hazırlamaqdır.

Şəbəkə və Məlumat Təhlükəsizliyi Agentliyinin rəhbərlərindən biri Paulo Ampadinhas isə əsas ehtiyaclarının büdcə və personal olduğunu söyləyib. O, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığın, ünsiyyət kanallarının olmamasının, qabiliyyət və güvən əskikliyi kimi səbəblərin çətinliklər yaratdığını deyib.

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar