SON XƏBƏRLƏR

Hələbdəki hücumlarda bir həftədə 150 adam həyatını itirib

2021.10.20, 07:36
Hələbdəki hücumlarda bir həftədə 150 adam həyatını itirib

Gunaz.tv
GünAz TV: Suriya və Rusiya döyüş təyyarələri, Hələb şəhərinin şərqində müxaliflərin idarəsində olan bölgələri vakuum bombalarıyla hədəfə alıb. Hücumda ən azı 13 nəfər ölüb, 25 nəfər də yaralanıb.

Mediada yayılan məlumata görə, vətəndaş müdafiə etmə qrupları, bazar ertəsindən bu yana sıx olaraq davam edən Suriya və Rusiya reaktivlərinin hava hücumlarında 150-dən çox adamın həyatını itirdiyini açıqlayıblar.

Kənar yandan atılan raketlərdən biri Hələbin qərbində bir məktəbin yaxınlığına düşməsi nəticəsində 4 şagird həyatını itirib, bəzi şagirdlər də yaralı olaraq xəstəxanaya çatdırılıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirib ki, mühasirə altındakı 300 min vətəndaşın yaşadığı Hələbin şərqinə insani yardım aparılması istiqamətindəki planın Əsəd rejimi yenə icazə verməyib.

Bu vaxt Türkiyə Suriya sərhədindəki Əs-Salama sərhəd qapısına yaxın nöqtədə bomba yüklü vasitələ təşkil edilən hücumda ən azı 20 nəfər həyatını itirib, 25 nəfər isə yaralanıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar