SON XƏBƏRLƏR

İranın 2 hərbi gəmisi Yəmən sularına göndərilib

2021.10.20, 07:36
İranın 2 hərbi gəmisi Yəmən sularına göndərilib

Gunaz.tv
 GünAzTV: İranın 2 hərbi gəmisi Yəmən sularına göndərilib. Bu barədə İran ordusu dəniz qüvvələrinin saytı, oktyabrın 13-də məlumat yayıb.

İran hərbi gəmilərinin Yəmən sahillərinə göndərilməsi, rəsmi Tehranın dəstəklədiyi yaraqlı “husi” şiələrinin Amerika hərbi gəmilərinə qarşı bir neçə raket atmasından, Amerika təyyarələrinin isə “husi”lərin radar sistemlərinə qarşı hava hücumundan bir neçə gün sonraya təsadüf edib.

İran ordusu dəniz qüvvələrinin rəsmi saytının yaydığı məlumatda bildirilir ki, ölkənin “Əlvənd” və onu müşayiət edən “Buşehr” hərbi gəmiləri ötən həftə “Ədən körfəzi”nə və “Bab ül Məndəb” boğazına yola salınıb. Bildirilir ki, dəniz quldurları tərəfindən təhdid edən ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədilə “Ədən körfəzi”nə ezam edilən hərbi gəmilər, bir müddət Yəmən sahillərində qalacaq, sonra isə beynəlxalq sulara, o cümlədən də Hind okeanına və Tanzaniyaya doğru istiqamət götürəcək.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar