SON XƏBƏRLƏR

“S-300” raketlərinin İrana təhvil verilməsi təkmilləşdirilib

2021.10.20, 07:36
“S-300” raketlərinin İrana təhvil verilməsi təkmilləşdirilib

Gunaz.tv
 GünAzTV: Rusiyanın xəbər agentliklərinin ölkə rəsmilərinə istnadən yaydığı məlumata görə bu ölkə, İrana “S-300” Hava Hücumundan Müdafiə Sisteminin təhvil verilməsi prosesini artıq başa çatdırıb. Bu haqda oktyabrın 13-də məlumat yayılıb.

 Rusiyanın “Sputnik” agentliyinin dövlət mənbələrindən əldə etdiyi qeyri-rəsmi məlumatlara əsasən, İrana təhvil verilən dörd müdafiə sisteminin ümumi dəyəri 1 milyard dollardır. Bildirilir ki, Rusiya “S-300” zenit raketləri Hava Hücumundan Müdafiə sisteminin İrana verilməsinə bu ilin aprel ayından başlayıb və raketlər bir neçə mərhələdə İrana təhvil verilərək bu proses təkmilləşdirilib.

 Hava Hücumundan Müdafiə sistemi, S-300 raketləri 30 kilometr hündürlükdə uçan təyyarələri, eləcə də 150 kilometrlik məsafədə olan obyektləri asanlıqla hədəfə almaq qabiliyyətinə malikdir. Tehranın bu raketlərə yiyələnməsi İsrailin İranın nüvə təsisatlarına qarşı mümkün hava hücumunu çətinləşdirə, bölgədə olan mövcud güc balansına birbaşa təsir göstərə bilər. İsrail və Amerika rəsmiləri bundan əvvəl bu sistemin İrana satılmasından nigaran qaldıqlarını dilə gətiriblər.

Qeyd edək ki, 2007-ci ildə Tehranla Moskva arasında imzalanan 800 milyon dollarlıq bir müqaviləyə əsasən Rusiya həmin raketləri İrana təhvil verilmək barədə öhdəlik götürsə də, Qərbin, o cümlədən də Amerikanın təzyiqi nəticəsində raketlərin İrana verilməsi prosesi bir neçə dəfə təxirə salınmışdı.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar