SON XƏBƏRLƏR

“Traxtur”un növbəti görüşü Tehranda / Azərbaycan komandası dünya reytinq cədvəlində İran üzrə birinci komandadır

2021.10.20, 07:36
“Traxtur”un növbəti görüşü Tehranda / Azərbaycan komandası dünya reytinq cədvəlində İran üzrə birinci komandadır

Gunaz.tv
GünAz TV: Təbrizin “Traxtur” futbol komandası növbəti görüşə hazırlaşır.

İran üzrə futbol klublarının super liqa yarışlarının 8-ci həftəsində keçiriləcək görüşdə “Traxtur” komandası  “Saypa” ilə qarşılaşacaq.

Oyun oktyabrın 15-i yerli vaxtla saat 17:00-da Kərəcin İnqilab stadionunda başlayacaq.

“Traxtur”-“Saypa” qarşılaşmasını GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

Bu arada “Database futbol” saytı dünyanın ən güclü klublarının siyahısını açıqlayıb. Siyahıda “Traxtur” komandası İranda birinci pillədə qərarlaşıb, növbəti pillələrdə isə “Perspolis”, “İstiqlal”, “Neft” və “Zob Ahən” komandaları görünür.

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar