SON XƏBƏRLƏR

GünAz TV-də “Qaynaq” proqramı başlayır

2021.10.20, 07:36
GünAz TV-də “Qaynaq” proqramı başlayır

Gunaz.tv
GünAz TV: Oktyabrın 20-si, həftənin cümə axşamı günü “Qaynaq” proqramı öz verilişlərinə başlayır. Bu proqram çərçivəsində Güney Azərbaycan milli hərəkatının yazılı qaynaqları ələ alınacaq, hərəkatın müxtəlif dövrlərdə müxtəlif tərəfləri müzakirəyə açılacaq.  Əsas qaynaq əsərlər arasında M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.B. Məmmədzadə, S.C.Pişəvəri, Möcüz, Təbrizli Əli, Əlirza Nabdil, M.T.Zehtabi, Cavad Heyət, Mahmud Pənahiyan ,Səməd Sərdariniya kimi klassik yazarlarımızın əsərləri və şəxsiyyətləri ilə yanaşı, Güney Azərbaycan mövzusunda çalışan çağdaş müəlliflərin də əsərləri müzakirə ediləcəkdir.

 GünAzTV-nin ana səhifəsində bu əsərlərin PDF formatında mətninin qouyulması və Güney Azərbaycan elektron kitabxanasının genişləndirilməsi planlaşdırılır.

Proqramı Ankara Universitetinin professoru Nəsib Nəsibli ([email protected]/* */) aparacaq. Aydınlarımız bu proqram çərçivəsində əməkdaşlığa dəvət edilir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar