SON XƏBƏRLƏR

İraq Türkiyəyə nota verib

2021.10.20, 07:36
İraq Türkiyəyə nota verib

Gunaz.tv
GünAz TV: İraq hökuməti türk hərbçilərin Başika bölgəsində mövcudluğuna etiraz olaraq Türkiyəyə nota verib.

Mediada yayılan məlumata görə, bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Camal bildirib.

Onun sözlərinə görə,Türkiyənin Bağdaddakı səfiri Faruk Kaymakçı məsələ ilə bağlı İraq Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona rəsmi olaraq nota təqdim edilib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin 500 hərbçisi üç ildir Mosul əyalətinə bağlı Başika bölgəsinə yerləşdirilib. Onlar İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraqın şimalında Kürd Muxtar Bölgəsinin silahlılarına təlim keçir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar