SON XƏBƏRLƏR

“Human Rights Watch”: “Qadınları stadionlara buraxmayana qədər İranın yarışlara ev sahibliyi etməsinə imkan verməyin”

2021.10.20, 07:36
“Human Rights Watch”: “Qadınları stadionlara buraxmayana qədər İranın yarışlara ev sahibliyi etməsinə imkan verməyin”

Gunaz.tv
 GünAzTV: “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı, oktyabrın 13-də Beynəlxalq Voleybol Federasiyasına açıq məktub yazaraq İranda qadınların stadionlara buraxılmamasına toxunaraq bu ölkənin beynəlxalq voleybol yarışlarına ev sahibliyi etməsinin qarşısının alınmasını tələb edib.

Beynəlxalq Voleybol Federasiyasının prezidentinə ünvanlanan məktubda bildirilir ki, bu ilin iyul ayında Tehranda keçirilən Beynəlxalq Voleybol Liqası zamanı İran rəsmiləri qadınlara bilet satılmasına və onların stadionlara və idman zallarna girişinə mane olublar: “Bu isə açıq-aşkar İran qadınlarına qarşı ayrı-seçkilikdən başqa bir şey deyil. Hesab edirik ki, rəsmi Tehran ölkə qadınlarını stadionlara və digər idman komplekslərinə buraxmayana qədər, İranın növbəti beynəlxalq voleybol yarışlarına ev sahibliyi etməsinin qarşısını almalı, buna imkan verməməlisiniz”.

 Beynəlxalq Voleybol Federasiyası qarşıdan gələn həftələrdə, 2017-ci ildə keçiriləcək növbəti yarışlara ev sahibliyi etmək istəyən ölkələrin adlarını açıqlayacaq. İran isə yarışlara ev sahibliyi etmək üçün namizədliyini irəli sürən ölkələrdən biridir. Qeyd edək ki, İran İslam Respublikasında qadınların futbol, güləş, voleybol və digər idman yarışlarını yaxından izləmək üçün stadionlara və ayrı-ayrı idman komplekslərinə girişi qadağandır və buna imkan verilmir.

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar