SON XƏBƏRLƏR

Mədəni fəallar ehsan mərasimlərindən sonra küçələri tullantılardan təmizləyiblər – GÖRÜNTÜ

2021.10.20, 07:36
Mədəni fəallar ehsan mərasimlərindən sonra küçələri tullantılardan təmizləyiblər – GÖRÜNTÜ

Gunaz.tv
GünAz TV: Güney Azərbaycan şəhərlərində məhərrəm mərasimlərində əhali arasında yemək və içməli mayelər ehsan kimi paylanılır, bunun nəticəsində şəhərin müxtəlif yerlərində bir çox tullantıya rast gəlinir.

Məlumata görə, Qərbi Azərbaycan Vilayətinin Xoy şəhərində bir qrup mədəni fəal, küçə və xiyabanları bütün tullantılardan təmizləyiblər. “Yapraq” qrupu adı altında fəaliyyət göstərən yerlilərimizin geyimləri üzərinə türkcə “Gözəl yurdum – Gözəl evim” sözünün yazıldığı bildirilir.

Qeyd edək ki, son zamanlar Güney Azərbaycanın müxtəlif şəhərlərində ətraf-mühiti qorumaq və iməcilik kimi fəaliyyətlərə maraq artıb, Xüsusi ilə Urmu gölü ətrafında müxtəlif müəssisələr və qrupların iştirakı ilə vaxtaşırı iməciliklər keçirilir və bu artıq ənənəvi hala çevrilib.

Xoy şəhərinin məhərrəm mərasimləri və şəhərin tullantılardan təmizlənməsi aşağıdakı şəkillərdə:

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar