SON XƏBƏRLƏR

Fransa, Almaniya və İtaliya Hələbdə vəhşiliyin dayandırılması çağırış etdi

2021.10.20, 07:36
Fransa, Almaniya və İtaliya Hələbdə vəhşiliyin dayandırılması çağırış etdi

Gunaz.tv
GünAz TV: Fransa, Almaniya və İtaliya xarici işlər nazirlərinin Romada reallaşdırdığı üçlü zirvədə Suriya mövzusu əsas müzakirə məsələsi olub.

İtaliya xarici işlər naziri Paolo Gentiloni, Rusiyanın ümidləri puç etdiyini vurğulayıb:

"Rusiyanın Əsəd rejimi üzərində müsbət təsirləri olacağını düşünürdük, amma artıq bunun belə olmadığını qəbul etmək məcburiyyətindəyik."

Hələbdəki vəziyyətin dözülməz bir hal olduğunu söyləyən Fransa xarici işlər naziri Jan-Mark Eyrult isə sanksiyalarla əlaqədar suala bu şəkildə cavab verib:

"Prioritetimiz (öncəlik) sanksiya xatirinə sanksiya tətbiq etmək deyil. Prioritetimiz və qətiyyətimiz Hələbin bombalanmasını dayandırmaq, mümkün olduğu qədər sürətli bir şəkildə insani yardımın keçidinə icazə verilməsi və siyasi həll müzakirələrinin ən qısa zamanda təkrar həyata keçirilməsidir."

Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer isə Hələb xalqı ilə birlikdə bütün Suriya xalqının kabuslarına son verəcək şeyin yalnız müzakirə masası olduğunu vurğulayıb:

"Hələbdən hər gün gələn görüntüləri görmək ürək ağrıdıcıdır. Suriya xalqının bu bəladan qurtarmasının ilk yolu və yeganə yolu müzakirə yoludur. Bu eyni zamanda bizim əxlaqi məsuliyyətimizdir."

Suriya mövzusunda diplomatiya kilidlənib. Mövzu ilə əlaqədar bu həftə Rusiya və Amerikanın iştirakıyla beynəlxalq yığıncaq keçirilməsi planlaşdırılır.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar