SON XƏBƏRLƏR

Bu gün BMT-nin yeni baş katibi seçiləcək

2021.10.20, 07:36
Bu gün BMT-nin yeni baş katibi seçiləcək

Gunaz.tv
GünAz TV: Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası yeni baş katibi seçəcək.

Mediada yayılan məlumata görə, Portuqaliyanın keçmiş baş naziri Antoniu Quterriş bu posta yeganə namizəd sayılır.

Quterrişin seçilməsi üçün BMT Baş Assambleyasının iclasında iştirak edən üzvlərinin üçdə ikisi dəstəkləməlidir . BMT Baş Assambleyasının tərkibinə 193 dövlət daxildir.

BMT-nin hazırkı baş katibi Pan Gi Munun səlahiyyət müddəti başa çatır. Onun yerinə seçiləcək şəxs vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-də başlayacaq.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar