SON XƏBƏRLƏR

Səəd Həriri: “İran və “Hizbullah”, Suriyanın viran qoyulmasının əsas səbəbkarlarıdır”

2021.10.20, 07:36
Səəd Həriri: “İran və “Hizbullah”, Suriyanın viran qoyulmasının əsas səbəbkarlarıdır”

Gunaz.tv
 GünAzTV: Livanın keçmiş baş naziri Səəd Həriri oktyabrın 12-də jurnalistlərə açıqlamasında “Hizbullah”ın rəhbəri Həsən Nəsrullahın Yəmənlə bağlı son bəyanatına reaksiya verərək İran və “Hizbullah”ın Suriyada oynadığı dağıdıcı rolundan danışıb.

Livan “Hizbullah”ının rəhbəri Həsən Nəsrullah oktyabrın 11-də jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının Yəmən xaıqından intiqm aldığını demişdi: “Bu gün Yəmən Kərbəlaya çevrilib. Vəhhabi Səudiyyəlilərin Yəmənə qarşı müharibəsi siyasi məqsəd daşımır. Bu, sadəcə olaraq Səudiyyə hökumətinin təslim olmağa hazır olmayan məzlum Yəmən xalqından intiqam almaq məqsədilə apardığı kinli bir müharibədir. Suriya məsələsinə gəlincə, bu ölkədə mövcud böhranın siyasi danışıqlar yolu ilə aradan qaldırılması üçün hər hansı bir perspektiv yoxdur”.

Səəd Həriri bildirib ki, İran və Livan Hizbullah”ı Suriyanın viran qoyulmasının əsas səbəbkarları sayılır: “Bu gün Suriya şəhərlərini viran edən və 250 min suriyalının qanını tökən İran və “Hizbullah”ın qanlı əllərini heç nə ilə gizlətmək olmaz. Sözsüz ki, Hələb uşaqlarının fəryadı qatillərin canına vəlvələ salacaq. Yəmən və onun əhalisinə göz yaşları axıdanlar, yaxşısı budur ki, bu ölkəni parçalamaqdan, onun övladları arasındakı vətəndaş müharibəsini qızışdırmaqdan əl çəksinlər.

Onlar, Səudiyyə Ərəbistanının Yəməndə nə etdiyini soruşmazdan əvvəl yaxşısı budur ki, özlərindən bu ölkədə nə etdiklərini soruşsunlar və İranın bu ölkədə mülki vətəndaşları silahlandırılmasına legitim don geydirdiklərinə fikir versinlər. Bu gün Suriyada, Yəməndə və İraqda aparılan təxribatların, ölkələrimizdə sektaçılıq zəhərinin yayılmasının,  övladlarımızın birliyinə xələl gətirilməsinin və onların həyatının məhv edilməsinin əsas səbəbkar İrandır. Görəsən yəmənlilərə göz yaşı axıdanlar, İranın ərəb ölkələrində törətdiyi təxribatlar nəticəsində öz vətənlərində dünyada didərgin düşən milyonlarla suriyalıya, iraqlıya və yəmənliyə niyə göz yaşı tökmürülər”.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar