SON XƏBƏRLƏR

“Kodar” kürd qruplaşması Kürdüstanda baş verən qarşıdurmalarda 26 “Sepah”çının öldürülməsindən xəbər verib

2021.10.20, 07:36
“Kodar” kürd qruplaşması Kürdüstanda baş verən qarşıdurmalarda 26 “Sepah”çının öldürülməsindən xəbər verib

Gunaz.tv
 GünAzTV: İranda Kürdüstan Şərqinin Azad və Demokratik Cəmiyyəti “Kodar” oktyabrın 12-də bəyanat yayaraq bir neçə gün əvvəl Kürdüstan əyalətinin bəzi məntəqələrində baş verən silahlı qarşıdurmalarda 26 “Sepah”çının öldürülməsindən xəbər verib.

Bəyanatda bildirilir ki, son günlər Kürdüdtan əyalətinin Mərivan şəhərinin yaxınlığındakı Gülçidər məntəqəsüində, eləcə də Sərdəşt şəhərinin yaxınlığındakı Rəbt və Candaran bölgələrində “Kodar” qüvvələri ilə “Sepah” qüvvələri arasında atışma baş verib: “Atışmada “Sepah”ın və ona tabe olan “Bəsic”in ən azı 26 üzvü həlak olub”.

“Kodar” kürd qruplaşması iki il əvvəl yaranıb. Bu qruplaşma özünü bir partiya və ya vahid cəbhə yox, bir “sistem” və ya “şəbəkə” sayır. PKK terror təşkilatının İran qanadı sayılan “Pjak” isə özünü həmin şəbəkənin bir hissəsi olduğunu bildirir. “Kodar”ın hərbi qanadı isə “Şərqin müdafiə briqadaları” adı ilə tanınır.

Xatırladaq ki, Kürdüstan “Sepah”ının komandanı Məhəmməd Hüseyn Rəcəbi oktyabrın 10-da jurnalistlərə açıqlamasında “Pjak” yaraqlıları ilə yaranan son qarşıdurmadan danışıb: “İki gün əvvəl yüngül və ağır silahlarla sərhədi keçərək ölkə ərazisinə daxil olan əksinqilabçı silahlı dəstənin üzvləri qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Baş verən atışma nəticəsində əksinqilabçılar bir neçə nəfər itki verdikdən sonra silah-sursatlarını geridə buraxaraq səhnədən qaçıblar”.

Bildirilir ki, oxşar hadisə, Kirmanşah əyalətində də baş verib və hökumət qüvvələri ilə yaşanan qarşıdurmalarda 12 kürd yaraqlısı tutulub.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar