SON XƏBƏRLƏR

Fransa DÇ-2018-in qalibi oldu

2021.10.20, 07:36
Fransa DÇ-2018-in qalibi oldu

Gunaz.tv

GünAz TV: Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qalibi Fransa komandası olub.

 

Oyunda hesabı Fransa yığması açıb. Matçın 18-cı dəqiqəsində xorvat Mancukiç avtoqola imza atıb.

 

Hesabda geri düşən Xorvatiya yığması 10 dəqiqə sonra, 28-ci dəqiqədə hesabı bərabərləşdirib. Bu dəfə Perşiç fərqlənib.

 

38-ci dəqiqədə fransızlar yenə hesabda önə keçiblər. Bu dəfə Qrizman 11 penaltini dəqiqliklə yerinə yetirib.

 

Fasiləyə Fransa yığması 2-1 hesabla qalib yollanıb.

 

Matçın ikinci hissəsində, 59-cu dəqiqədə Poqba hesab fərqini ikiyə qaldırıb. 65-ci dəqiqədə fransızlar Mbappenin qolu ilə hesabı 4-1 ediblər. 69-cu dəqiqədə Xorvatlar hesab fərqini 2 topa endiriblər. Bu dəfə Mancukiç fərqlənib.

 

Hakim matçın sonuna 5 dəq əlavə edib. Lakin bu vaxt ərzində heç bir qol olmayıb.

 

Beləlik Fransa 20 il sonra yenidən dünya çempionu titulunu qazanıb.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar