SON XƏBƏRLƏR

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatınn sədri Qubad İbadoğlu Abbas Lisaniyə Azadlıq aksiyasına qoşuldu

2021.10.20, 07:36
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatınn sədri Qubad İbadoğlu Abbas Lisaniyə Azadlıq aksiyasına qoşuldu

Gunaz.tv

Abbas Lisaniyə azadlıq!

Artıq 20 gündür ki, ETTELAT (İran fars-molla rejiminin kəşfiyyat idarəs) mənsubları tərəfindən oğurlanan Güney Azərbaycan Milli Hərəkatının öncüllərindən olan Abbas Lisaninin harda saxlanılması ilə bağlı ailəsinə və yaxınlarına məlumat verilmir. İndiyə qədər İranın təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə həbs edilərək zindanın ən çətin yerində saxlanan, işgəncələrə məruz qalan mübariz və dönməz azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin hazırkı sağlıq durumu narahatlıq doğurur. Gözlənilir ki, onu yenidən şərləyərək uzunmüddətə zindanda saxlasınlar. 
Odur ki, Abbas Lisaniyə azadlıq tələb edir, milli mətbuatı güneyli qardaşımızın müdafiəsinə dəstək verməyə, sizləri də onun azadlığı naminə haqq səsinizi ucaltmağa çağırıram.

Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatınn sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar