SON XƏBƏRLƏR

Amerika Rusiya ilə yeni anti-raket müqaviləsi bağlaya bilər

2021.10.20, 07:36
Amerika Rusiya ilə yeni anti-raket müqaviləsi bağlaya bilər

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) Orta və kiçikmənzilli raketlərin ləğv edilməsi haqqında Müqavilədən çıxmasına Rusiya tərəfinin dəfələrlə onun tələblərini pozması səbəb olub.

 

“RİA Novosti”nin məlumatına görə, bu sözləri ABŞ prezidenti Donald Tramp səsləndirib.

 

“Nə qədər ki mən hakimiyyətdəyəm, heç vaxt ABŞ maraqlarını önə çəkdiyimizə görə üzrxahlıq etməyəcəyik. Misal üçün deyim, on il əvvəl ABŞ Rusiya ilə müqavilə bağlayıb. Həmin sənədə görə, biz öz raket imkanlarımızı məhdudlaşdırmağa və ixtisar etməyə razılaşmışdıq. Bu müqavilənin tələblərini tam olaraq yerinə yetirdiyimiz bir vaxtda, Rusiya dəfələrlə onun şərtlərini pozurdu”, - deyə Tramp Konqresdə ilin yekunlarına dair etdiyi çıxışda bildirib.

 

Bununla belə, Ağ Ev rəhbəri silahlanmaya nəzarət üzrə alternativ sazişin layihəsinin hazırlanacağını istisna etməyib. Tramp belə bir müqaviləyə Çinin də qoşulmasını istəyir.ılığa gələ bildik, elə bir sənəd ki, bura Çin və digər ölkələr də daxil edilsin, ola bilər ki, bu sövdələşmə baş tutmasın”, - deyə ABŞ lideri əlavə edib.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar