SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarları Abbas Lisani və digər fəalların azadlığını tələb edən şüarlar səsləndiriblər – VİDEO

2021.10.20, 07:36
“Traxtur” tərəfdarları Abbas Lisani və digər fəalların azadlığını tələb edən şüarlar səsləndiriblər – VİDEO

Gunaz.tv

GünAz TV: Fevralın 15-də Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” və Tehranın “İstiqlal” komandası arasında keçirilən görüşdə tanınmış azərbaycanlı milli-mədəni fəal və digər milli-mədəni fəalların azadlığa buraxılması tələb olunub.

 

Stadiona toplaşan 100 mindən çox soydaşımız oyun boyu dəfələrlə milli şüarlar səsləndiriblər. İran televiziyası canlı yayımda “Azərbaycan var olsun – Lisani azad olsun” şüarı eşidilməsin deyə dəfələrlə komanda tərəfdarlarının səsini kəsib.

 

https://www.youtube.com/watch?time_continue=6&v=iAbLdcqkSm4

 

 

Görüşdə ingilis dilində “Azərbaycanın siyasi məhbuslarını azad edin” sözü yazılmış yazılı parça da nümayiş etdirilib.

 

https://www.youtube.com/watch?time_continue=11&v=n-YgJMaERi8

 

 

“Traxtur” tərəfdarlarından bəziləri azərbaycanlı siyasi məhbusların şəkillərini nümayiş etdirərək onların azadlığa buraxılmasını istəyiblər. Tamaşaçılar stadionu tərk edərkən “Siyasi məhbuslar, gərək azad olunsun” şüarı da səsləndirib.

 

https://www.youtube.com/watch?time_continue=2&v=J50lWaZJgE4

 

 

Verilən şüarlar arasında “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan” və qadınların stadiona buraxılmasını tələb edən “Azərbaycan qızları, göylərin ulduzları” şüarını da dilə gətirilib.

 

 

 

 

N.S

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar