Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
GünAz TV: İranın bir qrup yüksəkçinli elm və din xadimlərinin Azərbaycan Respublikasındakı (Cümhuriyyətindəki) dini vəziyyətlə əlaqədar məsələlərdə aktivliyi artmışdır.
İran konstitusiyasının (Anayasasının) tələbinə görə, yüksəkçinli din xadimləri, müctəhidlər və təqlid mərcələri həm də dövlət məmurlarıdır. Antiazərbaycan istiqamətdə fəaliyyət göstərmiş və yenidən aktivləşən din xadimlərinin böyük əksəriyyəti Tehranın yaxınlığında yerləşən, elmi-dini mərkəz olan Qum şəhərində işləyir və yaşayırlar.
Son aylarda Azərbaycan Respublikasındakı dini məsələlərə üç dəfə münasibət bildirmiş Məkarim Şirazi də Qum şəhərində dini universitetlərdən birinin rektorudur (rəisidir) və orada yaşayır. İranın dövlət məmurları və din xadimlərinin Azərbaycan Respublikasındakı məsələlərə münasibəti dinlə əlaqəli olmayıb, sırf İranın şovinist-millətçilik prinsipləri (əslləri, ilkələri) üzərində qurulmuş siyasətdir. M.Şirazi və digər məmur-müctəhidlərin verdiyi bəyanatları tədqiq edərkən bunların dünyadan, xüsusilə İranın paytaxtı Tehrandan xəbərsiz olması diqqəti çəkir.
İran mətbuatının yazdığına görə, Tehranda əhali, xüsusən gənclər mənəviyyatsızlaşır. Həmin mətbuata görə, gənc qızların 80%-nin əks cinsin nümayəndələri ilə möhkəm əlaqələri var. Tehran gəncləri arasında narkomaniya (etiyad) geniş yayılmışdır və sürəti artmaqda davam edir. Rəsmi Tehranın nəzarətində olan mətbu orqanlarının yaydığı məlumata görə, hal-hazırda 6000 qadın fahişəlik etdiyinə görə həbsxanada yatır. Əgər 6000 qadın həbsxanada yatırsa, demək, fahişələrin sayı 60 000-dən çoxdur.
Gətirilən statistik (amari, amar) misallar istənilən Avropa dövləti üçün faciəvi deyil; söhbət özünü ideal dini və ideal mənəvi dövlət kimi təqdim edən İrandan, onun paytaxtından gedir. İran gənclərinin 50%-i evsiz-eşiksizdir. Evi-eşiyi olmayan gəncin evlənməsi və ya evləndikdən sonra dini ibadətlərə riayət etməsi gülüş doğurur.
Hər halda, Azərbaycan Respublikasında 30-40 məktəbli qızın yalnız məktəbdə olduğu müddətdə hicab bağlaya bilməməsini ümumbəşəri problemə çevirməyə çalışan M.Şirazi sabah Allah qarşısında İranın daxilində olan yuxarıda sadaladığımız problemlərin olmasına görə məsuliyyət daşıyacaq. Eyni ilə bu fikir M.Təhriri və digər din xadimlərinə də aiddir. “Üsuliddin”də və “Firuidin”də olmayan hicab məsələsini Azərbaycan Respublikası üçün Allahın vahidliyindən də öndə olan əmr kimi təqdim etmək o din xadimlərinin nüfuzuna, o cümlədən o biri dünyasına fayda gətirmir.
Əgər hicab İran üçün dini məsələdirsə, M.Təhriri və M.Şirazi Suriyada mövcud olan hicab qaydasına münasibət bildirsinlər və ya Qurani-Kərimdə qisasla bağlı ayələrin işləməməsinin səbəbini izah etsinlər. İranda, xüsusilə Tehranda cari proseslər (sürəc, prusə) belə davam edərsə, nə ərəb, nə də digər inqilabi proseslərin İrana girməsinə ehtiyac qalmayacaq; İran özü daxildən çürüyəcək.
İranın yüksək çinli din adamları təkcə məişət məsələlərinə deyil, digər məsələlərə də fikir verməlidirlər. İranın prezidenti nəzəri və praktiki (əməli) baxımdan İslam iqtisadiyyatçılığı elmi konsepsiyasını (qavram, conception) darmadağın etdi. O, kapitalizmi söyə-söyə ölkəsində kapitalizm qurur. İran prezidentinin yürütdüyü zəruri tələbat mallarının qiymətlərinin liberallaşdırılması siyasətinə başqa ad vermək mümkün deyil. Hər halda, din xadimləri İslam iqtisadçılığına olan hücumları aradan qaldırsaydılar, daha çox fayda verərdilər. Çünki İslam iqtisadiyyatı nəzəriyyə olaraq dünya iqtisadçıları tərəfindən yeni bir yol kimi qəbul olunurdu.
Eləcə də indiki dövrdə şiəliyin inkişafı, qloballaşmanın (kürəsəlləşmənin) şiəlik qarşısında yaratdığı təhdidlər yeni elmi-dini yanaşma tələb edir. M.Şirazi və M.Təhriri kimi alimlər o qədər izolyasiyadadırlar (izolasyon) ki, həm Tehranda, həm də dünyada nələrin baş verdiyindən xəbərsizdirlər. Onların yadına salmaq lazımdır ki, indi İran dünyanın yeganə şiə dövləti deyil; dünyada daha 2 şiə dövləti var. Şiəliyi İranın fars millətçiliyinə xidmət edən eybəcər formada Azərbaycana və İraqa sırımaq lazım deyil. Dünyada şiəliyin bir dövlətli yox, üç dövlətli inkişaf konsepsiyasını yaratmaq lazımdır.
M.Şirazi və İranın digər din xadimləri Ərdəbil şəhərinin və bu şəhərdə yaranmış şiəliyin çörəyini yeyirlər. M.Şirazi və digərləri ömrü boyu neçə dəfə Şah İsmayıl Xətainin ruhuna salavat çəkdiklərini və ya adını yada saldıqlarını desinlər. Ərdəbil təkcə İran deyil, dünya şiəliyinin paytaxtıdır. Çünki bu şəhərdən pərvazlanan Şah İsmayıl Xətai İranda, İraqda, Azərbaycanda və Türkiyənin bir qisim ərazisində şiəliyi yaymışdır. Bu gün Ərdəbil İranın ən xaraba şəhərləri sırasındadır. Bəşər tarixində əqidə və iman adamları çox nümunə qoyublar. M.Şirazi və digərləri Ərdəbildə oturub, Ərdəbilin müstəqil olması məsələsini ciddi məsələ kimi gündəliyə gətirə bilərlər.
Belə müstəqil Ərdəbili dünya şiəliyinin elmi-dini mərkəzinə çevirmək olar. Müstəqil Ərdəbildə yetişən alimlər İran, İraq və Azərbaycan şiəliyini bu dövlətlərə müxtəlif faktorların təsiri fonunda tədqiq edib yeni elmi-dini konsepsiya ortalığa qoya bilərlər. Elə konsepsiya ki, şiə dövlətlərinin sayının daha da artmasına şərait yarada bilər. Yoxsa indi farslar özlərini ermənilərə və yəhudilərə oxşatmaq istəyirlər. Ermənilər və yəhudilər “bir-din, bir-dövlət, bir-millət” prinsipi əsasında fəaliyyət göstərirlər. Farslar da qalan iki dövləti sıradan çıxarıb, İrana qatmaqla “bir-din, bir-dövlət, bir-millət” prinsipini reallaşdırmaq istəyirlər.
Qaldı ki, ərəb inqilablarına, burada İranla əlaqəli iki istiqamət var:
- birincisi, heç kim İranın din xadimlərinə qulaq asmır, asmaq da niyyəti yoxdur. Yalnız İranın din xadimləri özləri haqqında yüksək fikirdədir və ərəb dünyasında baş verənləri İslam inqilabının təsirinin nəticəsi hesab edirlər. Əslində, bu İranın dini liderlərinin İslam inqilabını ələ salması deməkdir. Yəni İslam inqilabı vur-tut cəmi 30 ildən sonra reaksiya yarada bildi; XX əsin əvvəllərindəki inqilablar 3-5 ildən sonra nəticə verdi; sosialist inqilabı hələ o vaxt 25-30 ilə dünyanın yarısını bürümüşdü;
- ikincisi, əgər doğrudan da ərəb inqilablarının İranla əlaqəsi varsa, indi inqilab etmiş cəmiyyətlərin nümayəndələri niyə İrandan yox, ABŞ-dan (Amerika Birləşmiş Ştatlarından), Avropadan məsləhət alırlar? Dini nöqteyi-nəzərdən ərəb inqilablarının nəticəsindən ibrət götürməli yer və liderlər varsa, o da İran və onun liderləridir. Çünki ərəb dünyasındakı devrilən liderlər özlərini həm də din bilicisi hesab edirdilər. Ona görə dinin fərqli təfsirinə yol verirdilər. İndi İranın da din xadimləri nəinki müqəddəs hesab olunan hədisləri, hətta Quran ayələrini belə fərqli izah edirlər. İranda, ümumiyyətlə, Qurani-Kərimin cəmi iki ayəsi işləyir. Onlardan biri “ən-Nisa” surəsinin 59-cu ayəsi, digəri isə “Nur” surəsinin 31-ci ayəsidir. Bu ayələrdən birincisi İranın Ali dini liderinin hakimiyyətinin Qurana, Allaha bağlılığını sübut məsələləri, ikinci ayə isə hicabla bağlı məsələləri əhatə edir.
Din xadimi olmaq Allah qarşısında, bəşəriyyət qarşısında böyük məsuliyyətdir. Din xadimləri neftlə, torpaqla alver etmirlər. Onların fəaliyyət subyektləri (mövzuları) ideyalardır. Allah qarşısında məsuliyyətləri də onların bu dünyadakı ideyalarının ağır-yüngüllüyünə görə seçilməsinə göstərdikləri münasibətlə müəyyənləşir. Əlbəttə, yəqin ki, özləri bunu bilirlər, amma bizim də bildiklərimiz var.
İranın indiki antiazərbaycan addımları 90-cı illərin əvvəllərindən başlayıb. Azərbaycan Respublikası müstəqil olan kimi İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanımaqdan imtina etdi. Daha sonra bir necə gün ərzində İran vəziyyəti təhlil edib mövqeyi dəyişdi. O vaxtı İran siyasətçiləri düşünürdülər ki, müstəqil Azərbaycan o qədər ağır və mürəkkəb problemlərin altındadır ki, bu dövlət belə problemlərlə yaşaya bilməyəcək. Müstəqil Azərbaycanı məhz ölü kimi qəbul etdikləri üçün onu tanıdılar və uzun müddət Azərbaycan Respublikasının mövcud ola bilməyəcəyi ümidi ilə yaşadılar.
Fikirləşirdilər ki, İranın Azərbaycan Respublikasının məhvinə qarışmasına ehtiyac yoxdur. Amma Azərbaycan Respublikası ölmədi, ağır problemlərin bir qismini həll edərək üstündən atdı, digərlərini bir qırağa qoydu, özü üçün yeni nəfəsliklər yaratdı. Azərbaycanın inkişafını görən İran yanıldığını başa düşərək, Azərbaycan torpağını işğal edən ermənilərə aşkar şəkildə dəstək verməyə başladı. Daha sonra Azərbaycan erməni işğalı faktorunu da zəiflətməyə başladı.
İran erməni müttəfiqlərinin zəiflədiyini görən kimi Azərbaycan Respublikasına qarşı ikinci cəbhəni - hicab məsələsini açdı. Vaxtilə Azərbaycanın həqiqətən də ağır günləri olub. O zaman İran 2-3 milyon dollar yardım etməklə bəlkə də indi çalışdığı məqsədlərini reallaşdıra bilərdi, amma İran Azərbaycanın yaşamasına o qədər ümidsiz idi ki, həmin 2-3 milyon dolları xərcləmədi.
İndi Azərbaycan tamam ayrı statuslu (vəziyyətli) dövlətdir. Bu gün Azərbaycan Respublikası BMT BA (Birləşmiş Millətlər Təşkilatının məcmə-i ümumisi)-da 193 dövlətdən 155-nin səsini alaraq, dünyanın siyasi taleyini həll edən 15 dövlətdən birinə çevrilib. İran ömrü boyu bu qədər dövlətdən səs toplaya bilməz. Heç bu addıma cəsarət edə də bilməz. Ən azı, gələn il yenidən BMT TŞ-nin (təhlükəsizlik şurasının) qeyri-daimi üzvlüyünə İranın daxil olduğu dövlətlər blokunda rotasiya (dəvvar mətbuat, rotary press) keçiriləcək, buyursun, orada namizədliyini irəli sürsün.
İranın açdığı “erməni məsələsi” və “hicab məsələsi”nə qarşı dayanmağa Azərbaycanın özünün kifayət qədər resursu (qaynaq, mənbə) var. Bu resurslardan müəyyən bir qismi artıq fəaliyyətdədir. Qalan resurslar da tədqiq olunduqca dövriyyəyə buraxılacaq. Məkarim Şirazi və eləcə də ondan yuxarıdakı din xadimləri nəzərə alsınlar ki, Azərbaycan şiələri üçün müctəhidlik səlahiyyəti olanlar yalnız İranın ərazisində deyil.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq
Milli.az
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir