SON XƏBƏRLƏR

Vens: Dondurulmuş İran aktivləri açılarsa, vəsait terrora deyil, iranlılara xidmət etməlidir

2026.06.22, 17:03
Vens: Dondurulmuş İran aktivləri açılarsa, vəsait terrora deyil, iranlılara xidmət etməlidir

Gələcəkdə İranın dondurulmuş aktivlərinin açılması prosesi nəzarət altında həyata keçirilməlidir ki, həmin vəsait İran əhalisinin rifahına sərf olunsun və terrorun maliyyələşdirilməsinə yönəlməsin.

Gunaz.tv

Bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib.

“Etmək istədiyimiz digər məsələlərdən biri də odur ki, əgər nə vaxtsa İran aktivləri açılarsa, İran pullarının terroru maliyyələşdirmək üçün deyil, İran xalqına kömək etmək üçün istifadə olunmasına zəmanət verən bir mexanizm yaradaq.” - deyə o bildirib.

Vens bildirib ki, belə bir proses həm ABŞ-ın, həm də Qətərin razılığını tələb edəcək.

“Əgər dondurulmuş İran aktivləri açılarsa, bu proses üzərində bizim təsdiq səlahiyyətimiz olacaq. Qətərlilərin də bu proses üzərində təsdiq səlahiyyəti olacaq”, – o deyib.

Onun sözlərinə görə, həmin vəsait İran xalqının ehtiyacları üçün ABŞ istehsalı olan soya, qarğıdalı və buğdanın alınmasına sərf ediləcək.

“Əgər İran aktivləri nə vaxtsa açılarsa, bu pullar amerikalı fermerləri daha varlı etmək və İran xalqını qidalandırmaq üçün istifadə olunacaq. Bu, çox yaxşı və Tramp üslubuna xas bir razılaşmadır”, – Vens əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar