“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
GünAz TV: "Son on ildə institut işğal edilmiş ərazilər istisna edilməklə bütün bölgələrdə genişmiqyaslı tədqiqatlar aparıb, elmə məlum olmayan yüzlərlə abidələri aşkara çıxarıb."
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli “Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” adlı məruzə zamanı çıxışında deyib.
O bildirib ki, Azərbaycanın qədim tarixinin öyrənilməsində arxeoloji tədqiqatların aparılması əhəmiyyətlidir: "Əsas məqsəd bu istiqamətdə aparılan araşdırmaları müasir elmi tələblər səviyyəsinə çatdırmaqdır. Ötən müddətdə həyata keçirilən Mingəçevir su anbarı ətrafında aparılan araşdırmalar zamanı 1 milyon ildən artıq yaşı olan daş alətlər tapılıb. Bununla da ilk dəfə olaraq bu vaxta qədər yalnız Qarabağdakı Azıx mağara düşərgəsində təmsil olunan “Quruçay” arxeoloji mədəniyyətinin daha geniş arealda yayıldığı müəyyənləşdirilən bu mədəniyyət beynəlxalq elmdə qəbul edilib. İlk dəfə olaraq Qax və Zaqatala rayonları ərazisində yaşı 450-500 min il olan mağara tipli ibtidai insan düşərgələri məlum olub."
Beynəlxalq elmi səciyyə daşıyan istiqamətlərdən biri olan Xalkolit/Eneolit dövrünə aid Leylatəpə arxeoloji mədəniyyət abidələrinin tədqiqindən bəhs edən N.Müseyibli deyib ki, bu araşdırma o dövrdə Azərbaycan ərazisindəki cəmiyyətlərin Şimali Mesopatomiya-Şərqi Anadolunun qədim sivilizasiyaları ilə eyni mədəni ənənələr mühitində inkişaf etdiyini göstərir: “Böyük İpək yolu” beynəlxalq ticarət yolları üzərində yerləşən son Antik və Orta əsr Azərbaycan şəhərlərində aparılmış arxeoloji qazıntılar zamanı Çin, Hindistan, Orta Asiya, İran istehsalı olan çoxsaylı tapıntılar – məişət və bəzək əşyalarının aşkar edilməsi tarixi “Böyük İpək yolu” ticarətində Azərbaycanın fəal iştirakçı olduğunu sübut edir."
Arxeologiyanın multidissiplinar tədqiqatların aparılması üçün geniş imkanlar yaratdığını deyən N.Müseyibli bu elm sahəsinin geologiya, kimya, botanika, zoologiya kimi dəqiq elmlərlə vəhdətdə inkişaf edəcəyini söyləyib: “Arxeoloji qazıntılar zamanı abidənin yerləşdiyi sahənin və aşkar edilmiş daş alətlərin, bir sıra mineralların geoloji xüsusiyyətlərinin araşdırılmasında geoloq mütəxəssislərin bilik və təcrübəsindən istifadə etmək lazım gəlir. Bütün bunlar, arxeoloji abidələrə təsir göstərən təbii-fiziki prosesləri tədqiq edən “geoarxeologiya” adlı multidissiplinar istiqamətin yaranmasına səbəb olub.
Paleobotanik araşdırmalar əsasında arxeoloji abidənin əmələ gəldiyi qədim dövrün müəyyən mərhələsində bölgənin bitki örtüyü və iqlimi barədə informasiya əldə edilir, paleozooloji tədqiqatlar arxeoloji mərhələdə yayılmış heyvan növlərini müəyyən edir, paleoantropoloji tədqiqatlar imkan verir ki, insan sümüklərilə qida rasionu, keçirdikləri xəstəliklər, ölüm səbəbləri öyrənilsin. Bundan əlavə, qədim insanların kəllə sümükləri əsasında onların antropoloji tipi müəyyənləşdirilir ki, bu da etnogenez tarixinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir".
Qeyd edək ki, məruzə Rəyasət Heyətinin qərarı ilə bəyənilib. Qərarda arxeoloji abidələrin müxtəlif mülkiyyət formalarına məxsus olan torpaqlarda yerləşməsini nəzərə alaraq, elmi tədqiqat işlərinin idarəetmə sisteminin təkmilləşdirməsi məqsədi ilə ölkə ərazisində mövcud olan arxeoloji abidələrin xəritələrinin tərtibi və elektron məlumat bazasının hazırlanması, arxeoloji ekspedisiyaların müasir tələblərə cavab verən istiqamətlərdə aparılması məqsədi ilə aşkar olunan maddi mədəniyyət nümunələrinin müxtəlif elmlərin kəsişməsində arxiometrik tədqiqinin həyata keçirilməsi, Qarabağın Antik və Orta əsrlər dövrü abidələrinin arxeoloji tədqiqinə xüsusi diqqət yetirilməsi, institutun elmi tədqiqat planında 2020-ci ildən etibarən müasir elmi tələblərə uyğun mövzuların müəyyənləşdirilərək layihələr şəklində həyata keçirilməsi məsələləri yer alır. Bundan başqa, “fiziki antropologiya” ixtisasının inkişaf etdirilməsi məqsədi ilə müştərək elmi layihələr çərçivəsində beynəlxalq elmi mərkəzlərdə gənc kadrların hazırlanması yönündə müvafiq tədbirlər görülməsi, multidissiplinar tədqiqatların genişləndirilməsi məqsədi ilə AMEA-nın uyğun institutları və xarici ölkələrin elmi qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması, ali təhsil müəssisələrində “arxeologiya” ixtisasının lazımi səviyyədə tədrisinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə müvafiq tədbirlər görülməsi, arxeologiya sahəsində elmi tədqiqatların təbliği və populyarlaşdırılması işinin gücləndirilməsi, arxeoloji tədqiqatlar zamanı müəyyən edilmiş maddi mədəniyyətin, Azərbaycan xalqının məişət və mənəvi mədəniyyətinin tarixi köklərinin öyrənilməsi və tarixi ənənəviliyin aşkar edilməsi istiqamətində müvafiq araşdırmaların aparılması və digər məsələlər qərarda öz əksini tapır.
Mənbə: Apa
Ə.A
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
İsrail prezidenti Azərbaycana gəldi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir