SON XƏBƏRLƏR

GünazTV February.29.2020: Bura Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda, Ermənistan səfirliyinin qarşısıdır.

2021.10.20, 07:36
GünazTV February.29.2020: Bura Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda, Ermənistan səfirliyinin qarşısıdır.

Gunaz.tv

Bura Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda, Ermənistan səfirliyinin qarşısıdır. Ermənistan səfirliyinə  etiraz  edənlər isə  Birləşmiş Ştatlarda yaşayan Azərbaycanlılardır. Paytaxt Vaşinqton ətrafında yaşayan bir qrup azərbaycanlı ermənilərin Xocalıda törətdiyi soyqırım siyasətinə etiraz edərək, Xocalıya, orda axıdılan günahsız insanlara ədalət  tələb etdilər.       Cənub Azərbaycanından olan soydaşlarımız da Xocalının haqqını tələb edərkən bizləri tək buraxmadı. Onların təbirincə desək, Xocalıya əadləti  bütün insanlıq  tanımalıdır. Ermənistanın işğalcı siyasətinə etiraza qoşulanlar arasında  Nyu York icmasından gələn nümayəndələr də vardı. Jurnalist Mehriban Nəsibi dinləyək.Xocalı soyqrımının 28-ci il dönümündə, Ermənistan ordusunun Azərbaycan torpaqlarında törətdiyi vəhşiliyi dünyanın gözü qarşısında rəsmi İrəvanın diplomatlarına çatdıran  həmyerlilərimiz haqq davasının sonununadək yürüyəcəklərini bəyan etdilər. Sonda səsləndirilən bəyanatda da elə bu prinsiplər  yer  alırdı.Ermənistan   işğal etdiyi Azərbaycan torpaqlarından cıxmalı, terror siyasətinə son qoymalı, Xocalı da daxil olmaqla Azərbaycan ərazilərində həyata kecirdiyi qətliyyamlara görə məhkəmə qarşısında cavab verməlidir. Azərbaycana dəstək olanlar arasında Pakistandan və Banqladeşdən olan tələbələr də vardı. Onlar da Xocalıya insanlıq  üçün ədalət istədiklərini söylədilər.“Tələbə kimi deyə bilərəm ki, bu  konfilikt barədə məlumatlıyıq. Amma Amerikada çox  insanların bu barədə bilikləri yoxdu. Getdikcə insanlar bu barədə daha çox öyrənir  amma çoxu yenə də konfilikt  barədə detallara sahib olmur. Ümid  edirəm ki, başqaları da ölkələrin arasındakı həqiqəti bilər və Amerika  bu məsələni həll etməkdə kömək  ola  bilər.”Xatırladaq ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə  Erməni Silahlı qüvvələri  Rusiyanın 366-cı motoatıcı alayının  iştirakı ilə Xocalı şəhərini işğal edərək etnik azərbaycanlılara qarşı soyqırım  həyata keçiriblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib.

Qənirə Ataş, GünazTV, Vaşinqton.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar