SON XƏBƏRLƏR

GünazTV March.11.2020: Vaşinqtonda məcburi köçkün və qaçqın qadınların sahibkarlıq fəaliyyətində rolunun artırılması mövzusunda müzakirələr aparılıb.

2021.10.20, 07:36
GünazTV March.11.2020: Vaşinqtonda məcburi köçkün və qaçqın qadınların sahibkarlıq fəaliyyətində rolunun artırılması mövzusunda müzakirələr aparılıb.

Gunaz.tv

Vaşinqtonda məcburi köçkün və qaçqın qadınların sahibkarlıq fəaliyyətində rolunun artırılması mövzusunda müzakirələr aparılıb.

  Vaşinqtonda Müsəlman Amerika Liderlik Alyansının  təşkilatçılığı ilə ABŞ-Azərbaycan Ticarət Palatası və Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin  dəstəyi ilə “Sosial sahibkarlıq fəaliyyəti vasitəsilə gender boşluğunun aradan qaldırılması  mövzusunda  müzakirə aparılıb. Azərbaycanda qadınlara seçki hüququnun ABŞ-dan öncə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası dövründə verildiyi, və bugün də Azərbaycanda gender bərabərliyini təmin etmək üçün işlər aparıldığı   vurğulanıb. Müsəlman Amerika Liderlik Alyansının icraçı direkotru Zeynəb Xangiriş qadınların iqtisadi gücü və potensialının inkişaf etdirilməsinin vacib olduğunu deyib. Toplantıda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayondan olan 600 mindən çox məcburi köçkünlər barədə də danışıldı. Azərbaycan hökumətinin Dünya Bankı ilə bu sahədə əməkdaşlıq layihəsi, o cümlədən Azərbaycanda bölgələr üzrə ABŞ-ın Azərbaycandakı Səfirliyi və digər beynəlxalq təşkilatlar tərəfindən aparılan layihələr, onların müsbət təsiri müzakirə edilib. Azərbaycanda qadınların sahibkarlığa cəlb olunmasına misal olaraq Azərxalçanın  məcburi köçkünlərin yerləşdiyi ərazilərdə xalça müəssisələrinin yaradılması və qadınların cəlb olunmasıdır. MALA təşkilatını həmtəsisçisi Əhməd Fleks Ömər qaçqın olaraq üç bacısı ilə ABŞ-a köçdüyü zaman onların təhsil və iş ilə bağlı üzləşdiyi çətinliklər və çıxış yolları ilə bağlı təcrübəsini paylaşaraq qadınların cəmiyyətə inteqrasiyası və iqtisadi gücünün artırılması üçün praktiki tədbirlərin əhəmiyyətli olduğunu deyib.  Corc Vaşinqton Universitetinin təhsil üzrə elmlər namizədi Sevinc Məmmədova qadınların sahibkarlıq sahəsində artırılmasında təhsilin vacib rolundan söz açdı.Corc Vaşinqton Universitetinin insan resurslarının inkişafı üzrə elmlər namizədi Çilənəy Səfərli isə məcburi köçkün qadınların sahibkarlıq fəaliyyətinin artırılması barədə statistik təhlil təqdim edərək bu mövzu üzrə dünya təcrübəsini və mövcud tədqiqatın qısa xülasəsini paylaşaraq bu nəticələrin Azərbaycan kontekstində necə tətbiq olunması ilə bağlı müzakirələr apardı. İştirakçılar ABŞ-Azərbaycan Ticarət Palatasında məcburi köçkün qadınların əməyi ilə toxunulan xalça sərgisi tanış oldular.

 

Əhməd Haşimi,

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar