SON XƏBƏRLƏR

Yeni başməşqçi 20000 "Traxtur" tərəfdarı tərəfindən qarşılanıb

2021.10.20, 07:36
Yeni başməşqçi 20000 "Traxtur" tərəfdarı tərəfindən qarşılanıb

Gunaz.tv

GünAz TV: “Traxtur” futbol taxımının yeni başməşqçisi Əmir Qələnoi  Təbrizdə 20 min nəfər tərəfindən qarşılanıb.

 

Təbriz hava limanının (frudqahının) həccac zalında (salonunda) toplaşan  “Traxtur” tərəfdarları yeni başməşqçini coşğu ilə qarşılayıb və onu çıxış etmək üçün bir stolun (mizin) üstünə yollayıblar.

 

Qələnoi bir neçə dəqiqəlik çıxışında bəyan edib ki, “Mən bu günə qədər 18 çempionluq (qərəmani) əldə etmişəm ancaq “Traxtur”un başməşqçisi olmaq mənim üçün xüsusi fəxrdir.”

 

O əlavə edib ki, inşallah insanlar, media, klub rəhbərliyi və oyunçuların gücü ilə “Traxtur” üçün böyük qələbələr gətirəcəyik.

Çıxışdan sonra Qələnoi yüzlərlə avtomobilin müşayiəti ilə “Traxtur” klubuna tərəfə yola düşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar