SON XƏBƏRLƏR

İsrail Türkiyəyə təzminat ödəyəcək

2021.10.20, 07:36
İsrail Türkiyəyə təzminat ödəyəcək

Gunaz.tv

GünAz TV: “Haaretz” qəzetinin verdiyi məlumatına görə, İsrail Mavi Marmara gəmisinə edilən hücum zamanı ölən 9 türkün ailəsinə kompensasiya ödəməyi qəbul edib.

Türkiyə ilə İsrail arasındakı gizli görüşlər İsrail baş nazirinin müavini və strateji işler naziri Moşe Yaalon ilə Türkiyə xarici işlər nazirliyinin müşaviri Firidun Sinirlioğlu arasında baş tutub.“Haaretz” qəzetinin verdiyi məlumatına görə, İsrail tərəfi keçən ilin may ayında Mavi marmara gəmisinə edilən hücum zamanı ölən 9 türkün ailəsinə kompensasiya (təzminat) ödəməyi qəbul edib. Ancaq İsrail Türkiyənin digər tələbi olan üzr istəmək məsələsinə yaxın durmur. Bunun yerinə isə İsrail ölümlərə görə “məyusluğunu” bildirib. Qəzet İsrail xarici işlər nazirliyində qaynaqların bu məlumatı təsdiqlədiyini yazıb. Məlumata görə, Türkiyə tərəfi bu məlumatın mətbuata çıxmasından narahatlıq keçirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar