SON XƏBƏRLƏR

Hacı Allahşükür Paşazadə müsəlman dövlətlərinə səslənib

2021.10.20, 07:36
Hacı Allahşükür Paşazadə müsəlman dövlətlərinə səslənib

Gunaz.tv

GünAz TV: Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə müsəlman ölkələrini öz ərazi bütövlüyünü birlikdə müdafiə etməyə çağırıb.

 

GünAz TV mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə,  o, bu bəyanatı Mərakeşdə səfər çərçivəsində görüşündə verib. Daha doğrusu o, bu bəyanatı Dağlıq Qarabağ və Mərakeşin Qərbi səhra problemləri müzakirə olunarkən səsləndirib.

 

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri bu ölkəyə parlament rəhbərliyinin dəvəti ilə gedib. Artıq A.Paşazadə Mərakeş Nümayəndələr Palatasının (məclisinin) sədri Əbdülvahid ər-Radi, Müşavirlər Palatasının sədri, eləcə də Vəqflər və İslam işləri naziri ilə görüşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar