SON XƏBƏRLƏR

İran həbsxanalarında inanılmaz vəhşilik...

2021.10.20, 07:36
İran həbsxanalarında inanılmaz vəhşilik...

Gunaz.tv

GünAz TV: İrandakı həbsxanalarda olan məhkumların ailələri tərəfindən yazıldığı ifadə edilən məktublarda keçən iddialar tük ürpərdir.

Qeyd olunur ki, iranlı siyasi məhbuslara bir-birinə cinsi təcavüz etmələri üçün prezervativ (kandum) paylanılır. Bu barədə İngiltərədə çıxan "Qardian" qəzeti yazıb.

 

Qəzetin xəbərində, bildirilir ki, hökumət səlahiyyətliləri məhbus siyasi aktivistləri (fəalları) bilərəkdən qrup təcavüzü həyata keçirmək və bunu bir cəzalandırma növü kimi nəzərdə tuturlar.

 

Xəbərdə bildirilir ki, İranda bəzi həbsxanalarda təcavüzün miqyasını ortaya qoyan məktubları həbsxana xaricinə çıxarmağa müvəffəq şəxs ölkənin islahatçı partiyalarından birinin fəalı Mehdi Mahmudiyan olub.

 

İranda 2009-cu ildə keçirilən prezident seçkisindən sonra baş verən kütləvi aksiya (yürüş) və iğtişaşlar zamanı tutulanların bir çoxunun da paytaxt Tehrandan 20 kilometr aralıdakı Kerec şəhərində yerləşən Rəcaişehr həbsxanadasında təcavüzə məruz qaldığı bildirilirdi. Mahmudiyanın da həmin həbsxanada yatıb. Onun yazdığı məktub iranlı müxalifət lider Mirhüseyn Musavinin rəsmi internet saytı Kaleme.com-da nəşr olunub.

 

Mahmudiyanın məktubunda qeyd olunub: "Həbsxananın müxtəlif hücrələrində təcavüz məşhur hərəkətdir və qəbul edilən hala gəlib". 

 

İki il öncə həbsxana zorlananlardan biri heç nədən çəkinməyərək başına gələnləri müxalifət lideri Mehdi Kərrubiyə danışmış, o isə bunu ictimailəşdirmişdi.

İran rəsmiləri bu iddiaları təkzib edirlər. Yeni müsavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar