SON XƏBƏRLƏR

Xarici qüvvələr Əfqanistanı tərk edirlər

2021.10.20, 07:36
Xarici qüvvələr Əfqanistanı tərk edirlər

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) və Fransanın ardınca İspaniya da qoşunlarını Əfqanıstandan çıxartmaq qərarı verib.

 

GünAz TV mətbuat mərkəzinin «Azadlıq» radiosuna istinadən verdiyi məlumata görə, İspaniyanın baş naziri Xose Luis Rodriqes Sapatero 2014-cü ildə Əfqanıstanı tam heyətlə tərk edəcəklərini bildirib. O, 2012-ci ildə hərbçilərin 10%-nin vətənə qayıdacağını söyləyib.

Hazırda Əfqanıstanda 1,5 min ispan hərbçi var.

 

Xatırladaq ki, bu həftə ABŞ prezidenti Barak Obama 2012-ci ildə Amerika hərbçilərinin Əfqanıstandan çıxarılacağını bəyan edib. Bir gün sonra eyni qərarı Fransanın dövlət başçısı Nikola Sarkozi də verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar