SON XƏBƏRLƏR

Libi diktatoru ölkədən qaçmağa hazırlaşır

2021.10.20, 07:36
Libi diktatoru ölkədən qaçmağa hazırlaşır

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) kəşfiyyatının məlumatına görə, Liviya (Libi) lideri Müəmmar Qəzzafi Tripolidən (Trablosdan) qaçmaq üzərində çox ciddi düşünür.

O, təhlükəsiz bir yerə getməyi planlaşdırır (tərhini tökür). Bunu «The Wall Street Journal» nəşri ABŞ müdafiə idarəsindəki etibarlı mənbəsinə istinadən yayıb. ABŞ kəşfiyyat xidməti hesab edir ki, Liviya lideri NATO hücumları ilə bağlı, eləcə də üsyançılarla döyüş səbəbindən özünü Tripolidə təhlükəsiz hiss etmir. Kəşfiyyat öz nəticələrini bağlı Ağ ev və digər idarələrlə bölüşüb. Qəzzafinin nə vaxt «qaçacağı» isə bəlli deyil. Amerikalı məmurlar hesab edir ki, Qəzzafiyə qarşı hərbi təzyiq onu təhlükəsiz yerə qaçmaq axtarışına çıxmağa vadar edib. Benqazidəki Beynəlxalq Keçid Şurasının üzvü Tripolidə rejimin çökdürülməsi haqqında gizli görüş və əlaqələrin yaradıldığını deyib. Liviyanın şərqindəkli üsyançı qruplar paytaxtdakı Qəzzafi müxalifləri ilə əlaqəyə girib. Şura üzvü BBC müxbirinə verdiyi açıqlamada görüşmələrin Skype vasitəsilə aparıldığını bildirib. Üsyançıların məqsədi NATO hücumlarından sonra paytaxtdakı ab-havanı öyrənmək və buna uyğun hərəkət etməkdir. Artıq bütün qüvvələri ilə Qəzzafi rejimini aşağıya çəkmək üçün hərəkətə keçən üsyançılar bununla həm də yenidən paytaxt küçələrinə qayıtmaq üçün tərəfdar toplayırlar. Kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar