SON XƏBƏRLƏR

Belarusu ölkə boyu etiraz yürüşləri bürüyüb

2021.10.20, 07:36
Belarusu ölkə boyu etiraz yürüşləri bürüyüb

Gunaz.tv

GünAz TV: Lukaşenkonun iqtisadi siyasətinə qarşı «Sükut Günü» keçirildi; 450 nəfər həbs olundu.

Demokratiya və insan haqlarını kobudcasına pozduğuna görə, Qərb ölkələri tərəfindən iqtisadi sanksiyalarla (təhrimlərlə) üzləşən Belarusda vəziyyət getdikcə gərginləşir. Ölkədə ərzaq qıtlığı və maliyyə böhranının yaşanması illərdir Lukaşenko rejimindən əziyyət çəkən insanların hiddətini artırıb.

İyunun (June) 22-də “Sosial şəbəkələr vasitəsilə inqilab” adlı hərəkatın təşkilatçılığıyla hökumətin iqtisadi siyasətinə etiraz əlaməti olaraq bütün ölkə ərazisində “Sükut Günü” aksiyası (yürüşü) keçirilib. “Vesna” hüquq-müdafiə təşkilatından verilən məlumata görə, aksiya zamanı 450 nəfər saxlanılıb. Təkcə paytaxt Minskin polis bölmələrinə 200 etirazçı gətirilib.

Təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına qarşı zorakılığa əl atıblar. Aksiyanın dağıdılması zamanı xüsusi təyinatlılar etirazçıları rezin dəyənəklərlə döyüb. Bəzi etirazçıların sifətləri tanınmaz hala salınıb.

Xatırladaq ki, “Sükut Günü” aksiyası bu ay ölkədəki iqtisadi böhrana etiraz əlaməti olaraq keçirilən dördüncü aksiya idi. Bundan öncə Minskdə çalışan taksi sürücüləri yanacağın qiymətinin artırılmasına etiraz əlaməti olaraq tətil elan etmişdilər. Bundan bir neçə gün sonra isə hökumətin ölkəyə bəzi ərzaq və tikinti mallarının gətirilməsi və ölkədən çıxarılmasını qadağan edən qərarına etiraz edən sürücü və vətəndaşlar aksiya keçirmişdi. Azadlıq qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar