SON XƏBƏRLƏR

Avropa İttifaqı Suriya və İran rəhbərliyinə qarşı yeni sanksiyalar (təhrimlər) tətbiq edib

2021.10.20, 07:36
Avropa İttifaqı Suriya və İran rəhbərliyinə qarşı yeni sanksiyalar (təhrimlər) tətbiq edib

Gunaz.tv

GünAz TV: Avropa İttifaqı (Aİ) Suriya rəhbərliyi və İranın üç yüksək vəzifəli rəsmi şəxsinə qarşı sanksiyalar (təhrimlər) tətbiq edib.

bir müddət əvvəl Aİ prezident Bəşşar əl-Əsəd də daxil olmaqla, Suriyanın 23 rəhbərinə ittifaqa daxil olan ölkələrə girişi qadağan edib, həmçinin bu şəxslərin Avropa İttifaqı banklarındakı hesablarının dondurulması barədə qərar qəbul olunub. Bu barədə Gün.Az RBK-ya istinadən xəbər yayıb.

İndi isə dövlətin yeddi rəhbərinə, o cümlədən Suriyanın dörd şirkətinə qarşı analoji (oxşar) tədbirlər görülüb. Avropanın hüquqi və fiziki şəxslərinə onlarla ticarət aparmaq qadağan olunub.

Aİ həmçinin İslam İnqilabı Korpusunun (İranın elit güc strukturu- Sepah) komandanı, general-mayor Mohammed-əl Cəfəriyə və onun üç müavininə qarşı sanksiyalar tətbiq edib.

 Bundan başqa, Aİ, Suriya rejiminin legitimliyi (qanuniliyi, məşruiyyəti) haqqında bəyanat səsləndirib. “Repressiyaları (sərkubları) seçərək və genişmiqyaslı islahatlar haqqında vədləri yerinə yetirməyərək, rejim öz legitimliyini sarsıdır” – Avropa İttifaqı liderləri bəyan ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar