SON XƏBƏRLƏR

Nikola Sarkozi Kazan görüşü öncəsi Serj Sarkisyana məktub ünvanlayıb

2021.10.20, 07:36
Nikola Sarkozi Kazan görüşü öncəsi Serj Sarkisyana məktub ünvanlayıb

Gunaz.tv

GünAz TV: Fransa prezidenti Nikola Sarkozi Ermənistan prezidenti Serj Sarkisyana azərbaycanlı həmkarı İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Kazan görüşü öncəsi məktub ünvanlayıb.

 

ANS PRESS-in xəbərinə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

“Prezident Sarkozi qeyd edib ki, Rusiya, ABŞ (Amerika Birləşmiş Ştatları) və Fransa prezidentlərinin Doviledəki bəyanatının ardı olaraq prinsiplərin (ilkələrin) razılaşdırılmasının zamanıdır və nizamlanma üzrə danışıqlar gələcəkdə onların əsasında davam edəcək”, - deyə mətbuat xidmətindən verilən məlumatda bildirilir.

 

 N.Sarkozinin sözlərinə görə, “tarixin gedişatında elə anlar olur, dövlət başçıları öz xalqlarına cəsurluq, müdriklik və sülhsevərlik nümayiş etdirməlidirlər”.

 

 "Bilirsiniz, istənilən halda mən bir dost kimi və mənimlə birgə Ermənistanı özünün bacısı hesab edən Fransa, sizə bu həlledici görüşdə ən səmimi uğur arzularımızı göndəririk. Mənim ölkəm bu yolda sizinlə birgə əməkdaşlığa qüvvəsini əsirgəməyəcək", deyə Sarkozinin müraciətində bildirilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar