SON XƏBƏRLƏR

Amerikadan İrana qarşı növbəti sanksiya (təhrim) ...

2021.10.20, 07:36
Amerikadan İrana qarşı növbəti sanksiya (təhrim) ...

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) İranın beynəlxalq reyslər (uluslararası uçuşlar) həyata keçirən aviaşirkətlərinə (havayollarına) sanksiyalar (təhrimlər, yaptırımlar) tətbiq edib.

 

ABŞ ölkəsinin şirkətlərinə İranın “Tidewater Middle East Company” liman operatoru və 35  beynəlxalq reys həyata keçirən “İran AIR” şirkəti ilə müqavilə bağlamağı və istənilən əməkdaşlığı qadağan edib.

 

Bu iki şirkətin ABŞ-dakı hesablarının dondurulacağı da açıqlanıb. Birləşmiş Ştatlar Fransanın “Aerotechnic” şirkətini isə sanksiyalara məhəl qoymayaraq İrana silah göndərməkdə günahlandırıb. Rəsmi Vaşinqtonun açıqlamasında deyilir ki, Fransa şirkəti Amerikanın istehsal etdiyi hərbi avadanlıqları, vertolyotları (helikopterləri) və qırıcıları qanunsuz yolla əldə edərək İrana göndərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar