SON XƏBƏRLƏR

Rəhim Məşainin daha bir yaxını həbs olunub

2021.10.20, 07:36
Rəhim Məşainin daha bir yaxını həbs olunub

Gunaz.tv

GünAz TV: İranın “Ərvənd” azad ticarət zonasının (məntəqəsinin) rəhbəri Əli Əsğər Pərhizkar həbs olunub.

Məlumata əsasən, Pərhizkar İranın Prezident Administrasiyasının (nəhade riyasəte cümhuri) sabiq rəhbəri, Prezident Ofisinin rəhbəri İsfəndiyar Rəhim Məşaiyə yaxın şəxsdir. Bu barədə Trend İranın FARS xəbər agentliyinə (ajansına) istinadən məlumat verir.

İyunun (June) 23-də İranın XİN (xarici işlər nazirliyi) rəhbərinin maliyyə məsələləri üzrə sabiq müavini Məhəmməd Şərif Məlikzadə həbs olunub.

İyunun 18-də İran XİN rəhbərinin maliyyə məsələləri üzrə müavini təyin olunmuş Məhəmməd Şərif Məlikzadə iyunun 21-də istefa verib. Onun istefasına səbəb İran parlamentinin bir neçə üzvünün bu təyinata görə xarici işlər naziri Əli Əkbər Salehiyə qarşı impiçment (elame cürm) elan etməsi və iyunun 21-də həmin impiçment layihəsinin parlamentin rəyasət heyəti tərəfindən qəbul olunması olub.

Məlikzadə və Pərhizkar Məşai ilə yaxın münasibətdədirlər. Onların hər ikisi korrupsiya (fəsade malİ) və qanun pozuntusunda günahlandırılır.

Son vaxtlar İranın məhkəmə orqanları Məşaiyə yaxın olan məmurlar barəsində korrupsiya işləri ilə bağlı kütləvi araşdırmalara başlayıblar. Birinci vitse-prezident (prezident müavini) Məhəmməd Rza Rəhimi, vitse-prezident Həmid Bəqayi və bir sıra digər yüksək vəzifəli məmurlara qarşı korrupsiya ittihamı irəli sürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar